Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

Xüsusi nisbilik nəzəriyyəsinə görə işıqdan sürətli hərəkət edən hissəcik ola bilməz. Birmənalı şəkildə təbiət qanunlarına ziddir. Taxionlar da işıqdan sürətli hərəkət etdiyi güman olunan hipotetik zərrəciklərdir. Sadəcə hipotetik olaraq ortaya atılıb, mövcud olması üçün heç bir əsas yoxdur.

Paralel kainatlar realdırsa o kainatlarda qanunların nə dərəcə fərqli olduğu da müəmmadır, ona görə taxionların mövcud olduğu kainatın olub-olmamasını demək çətindir.

Share this post


Link to post
Share on other sites

Xüsusi nisbilik nəzəriyyəsində real kütləli cisimlər işıqdan sürətli hərəkət edə bilməz. Lakin, əgər kütlə xəyali ədəd olarsa, o zaman işıqdan sürətli hərəkət edə bilərlər. Takyonlar da belə zərrəciklərdəndir. Hipotetik olaraq ortaya atılıb və bəzi modellərdə tətbiq olunur. Nəzəri olaraq, onların işıq sürətinə yavaşıması üçün sonsuz eneji sərhəddini keçməlidir. Necə ki, kütləli cismin işıq sürətində hərəkət etməsi üçün sonsuz enerji vermək lazımdır. Buna görə də işıq sürətində hərəkət edən zərrəciklərin kütləsi olmur. 

İndi sual yaranır. Kütlə xəyali ədəd ola bilər? Maddəni təşkil edən bütün zərrəciklərin ( 0-dan fərqli )müsbət kütləsi var (Standard modelə görə). Xəyali kütləli zərrəciklərin kütləsinin kvadratı mənfi ədəd verməlidir və bunu təcrübələrdə axtarmaq olar. Bir neçə araşdırmaya görə elektron neytrinosunun kütləsinin kvadratı 0dan kiçik mənfi ədəddir. Daha ətraflı bu məqaləni oxumağı tövsiyə edirəm: İşıqdan sürətli zərrəciklər

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×