Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

Xüsusi nisbiliyin ilkin 2 postulatı var :

1. Fizikanın qanunları bütün ətalət sistemlərində (inertial frame of references) eynidir.

2. İşığın vakuumdakı sürəti c-dir və bütün ətalət sistemlərində eynidir.

Mənə maraqlı gələn o oldu ki, qeyri-ətalət sistemlərində fizikanın hansı qanunları eyni olmur?

Share this post


Link to post
Share on other sites

Birinci postulat təkcə Xüsusi Nisbiliyə aid deyil, həm də Qalileyin Nisbilik Prinsipinin əsasını təşkil edir(hansı ki, Nyuton mexanikası onun üzərində qurulub). Xüsusi Nisbiliyin əsas özəlliyi ikinci postulatın(işıq sürətinin sabitliyi) daxil edilməsidir.

Postulatın mahiyyətinə gəldikdə isə:

Qeyri-inersial hesablama sistemlərində Nyuton mexanikasının qanunları keçərli deyil. Məsələn, hərəkətə gələn qatarın(maşının və s.) içərisindəki sərnişin özünü arxaya dartılmış hiss edir, sanki bir qüvvə onu dartırmış kimi. Əgər o sərnişin Nyutona inansa(II qanun), öz kütləsi və aldığı təcilin hasili bu qüvvənin qiymətini verməlidir:$$F=ma$$ Halbuki əslində sərnişini arxaya dartan bir qüvvə yoxdur. O sadəcə ətalət vəziyyətini saxlamağa çalışdığı üçün qatara nəzərən arxaya doğru təcil alır. Gərək burada II qanunu elə modifikasiya edək ki, düstur, qatarın hərəkət təcilində və onun hərəkətinin əks istiqamətində təcil alan cisimlər üçün \(0N\) qüvvə versin. Amma düsturu bu cür qursaq, başqa təcillə hərəkət edən qatardakı müşahidəçi üçün yenə də keçərli olmayacaq, beləcə mexanika qanunları müxtəlif hesablama sistemlərində müxtəlif formanı almış olacaq.

1-ci postulat dolayı şəkildə həm də onu deyir ki, düzxəttli bərabərsürətli hərəkət edən sistemlər bir-birindən heç nə ilə fərqləndirilə bilmir, sürətlər fərqli olsa belə.

Share this post


Link to post
Share on other sites

Bildiyim qədəri ilə Ümumi Nisbilikdə bir-birinə nəzərən təcillə hərəkət edən iki cismin hərəkəti analiz edilir. Son nəticədə isə qravitasiyanın fəza-zaman sisteminin əyilməsi ilə eyni çıxır. Burası da mənə maraqlıdır ki, necə baş verir. 

Share this post


Link to post
Share on other sites
 

@Valeh Fərzəliyev, tam olaraq elə deyil. Ümumi Nisbilik Nəzəriyyəsində əlavə olaraq ekvivalentlik prinsipi daxil olunub. Bu prinsip özlüyündə bir az qəliz şəkildə ifadə olunur, amma demək istədiyi təxminən belədir:

Sərbəst düşən cisim kiçik miqyasda qravitasiya sahəsində və təcillə hərəkət edən hesablama sistemində eyni cür hərəkət edir.

Başqa formada:

Qapalı qutuda sərbəst düşən müşahidəçi kiçik miqyasda heç cür fərqləndirə bilməz ki, o qravitasiya sahəsinin təsirilə hərəkət edir, yoxsa yox.

kimi ifadə oluna bilər. Buradan ekvivalentlik prinsipi ona gətirib çıxarır ki, qravitasiya fəzazamanın qlobal miqyasdakı formasının təzahürüdür. Fəzazamanın formasını onun əyriliyi kimi başa düşmək olar. Bu mövzu biraz qarışıqdır, izah etməyə çalışanda belə fikirlər qarışır. Yazıda aydın olmayan bir məqam olsa bildir.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×