Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

Çoxlu kainat modeli, sadə dildə, bir-birindən asılı olmadan, müxtəlif fiziki qanunlarla müxtəlif hadisələrin baş verdiyi paralel dünyalar kimi başa düşülə bilər. Bu sadəcə bir hipotezdir və sübut etmək üçün mövcud eksperiment yoxdur. Paralel kainatlar Sim nəzəriyyəsindəki riyazi hesablamalardan çıxan nəticələrdən biridir. Bu nəzəriyyənin özü Fizikada çox mübahisəli nəzəriyyələrdən biridir. Bu nəzəriyyəni ciddi nəzəriyyə olaraq görməyən bir çox alim də var.

Share this post


Link to post
Share on other sites

Müxtəlif fiziki qanunların olması şərt deyil. Sadəcə mümkündür.

Belə deyək, oralarda baş verən prosesləri qurduğumuz düsturlarla ifadə edə bilmirik. Yazdığın qüvvə anlayışı bizim özümüzün yaratdığımız anlayışdır. Harada olsaq da qüvvə kütlə və təcilin hasilidir, çünki biz belə demişik. Fərqli olan qanunlar eksperimentlərlə müəyyənləşdirilmiş qanunlar ola bilər. Məsələn, sabitlər eksperimentlər əsasında ölçülür. Müxtəlif kainatlarda da Plank sabiti fərqli ola bilər, işıq sürəti, qravitasiya sabiti fərqli ola bilər və s. Və hətta bəzi mütənasibliklər belə bizim bildiyimizdən fərqli şəkildə ola bilər.

Share this post


Link to post
Share on other sites

Multiverse-i izah eləmək üçün mən çoxluqlardan istifadə eləyirəm. Belə bir şey.

Natural ədədlər çoxluğu var və Tam ədədlər çoxluğu da var. Bilirik ki, bu iki çoxluğun elementlərinin sayı sonsuzdur. Amma, eyni zamanda da bilirik ki, natural ədədlər çoxluğu tam ədədlər çoxluğunun bir hissəsidir, yəni alt çoxluğudur. 

Bizim kainat da elə bir şeydir, sonsuz bir universe var, sonsuzdur, onun yanında başqa bir universe da var, o da sonsuzdur. Bunlar isə bir universedadırsa, o da sonsuzdur. Yəni, çoxlu sonsuz universelar var. Elə bir şey.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×