Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

Uşaqlar, biz bilirik ki, kainatda 4 ölçü geniş yayılıb, 3-ü məkan 1-i zaman olmaqla. BU yaxınlarda bir müəllimlə danışdım, onun araşdırma sahəsi yüksək ölçülü fəzadır. Yəni, 5, 6 və s. ölçülü. Bu barədə ondan soruşan kimi bir şey elədim. Müəyyən mənada müsbət cavabladı. Yəni, hardasa mümkün bir şeydir. Sualdan çox, sizcə kainat necə olardı, əgər hər tərəfdə 2 ölçülü zaman olsaydı? Time-travel mümkün olardımı? İnsan həyatı necə dəyişərdi? Və nəyə görə, 2 ölçülü zamanın yerinə yalnız 1 ölçüdür? Sizcə

Share this post


Link to post
Share on other sites

Bu çox ölçülü fəza/zaman hipotezlərinə çox rast gəlmək olur. Belə baxanda bunlar da fiziki reallıqların müşahidəsindən deyil, riyazi hesablamalardan çıxan nəticələr olur. Bu hipotezlər barədə çox məlumatlı deyiləm, amma çox ölçülü zaman barədə Youtube-da bir video seriya görmüşəm. Bu linkdən baxa bilərsən:

 

Share this post


Link to post
Share on other sites

Zaman iki ölçülü olsaydı necə olardı? Çox maraqlı sualdır. Adi həyatda zaman bir ölçülüdür və biz yalnız qabağa və müəyyən mənada geriyə gedə bilirik. İkinci ölçü eyni zaman anında başqa istiqamətə yönəlmək deməkdir. Yəni, zaman durarkən başqa zaman parametrinə görə hərəkət etmək. Absurd səslənir. Bu 2 zaman ölçüsünün 3 ölçülü fəza ilə necə birləşəcəyi də maraqlıdır. Təsəvvür et, 1ci istiqamətdə zaman və bütöv fəzanın donduğu anda başqa zamana görə hərəkət edirsən. Bu bir növ, kinoya kənardan baxmaq, və yarıda saxlamaq kimidir. Yəni, belə bir 2ci ölçü dünyanı, hətta kainatı kənardan izləməyə yetər. 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Elnur, 3 saat yarım buna baxmısan? :D Həvəs deyərəm səninkinə. Halaldır. Amma, James Lucietti dayı müşahidə olunduğu fason bir şey deyirdi. Yəni, araşdırma sahəsi qara dəliklərdə yüksək ölçülər idi. Yəni, hardasa mümkünatı olan bir şeydir.

Çox çox çox maraqlı olar eee. Sən dediyin kimi, bir ölçüdə gedəndə, yalnız uzaqlaşan tərzdə nəsə bir şey görərsən. Amma tam da deyil. Çünki, biz özümüz də hərəkət eləyirik. Təsəvvür eləsək, lap başda, \(x\)-də gedən adam başlanğıcdadırsa, \(y\)-da gedən isə desək ki, origindan \(d\) qədər uzaqlıqdadır (saniyədir vahid), və ikisi də bir birinə nisbətdə dayanıbsa, onda bunlar üçün vaxt eyni keçəcək, və bir növ düzbucaqlı yaranacaq, tutaq ki, \(t\) qədər sonra, \(y\)-dakı \(d+t\), \(x\)-dakı isə, \(t\) qəqər uzaqlıqda olacaq, amma \(x\)-dakı görəcək ki, \(y\)-dakı bundan, bu qədər uzaqlıqda olacaq: 

$$\sqrt{(d+t)^{2}+t^{2}}$$

yəni, daha da sürətlə uzaqlaşacaq, baxmayaraq ki, stationarydri.

Valeh və Elnurbeynim qızdı. Siz nə deyirsiniz? \(x\)-dakı \(y\)-dakını necə görəcək????? Əgər stationarydirsa, vaxt fərqləri necə arta bilər və s?

Share this post


Link to post
Share on other sites
2/22/2017 radəsində 02:50 radəsində, Fərid İbrahimli deyir:

Elnur, 3 saat yarım buna baxmısan? :D Həvəs deyərəm səninkinə. Halaldır.

Yox, Fərid. Baxmamışam. :D Baxıb qısa özət keçəcək adam axtarıram. :D

2/22/2017 radəsində 02:50 radəsində, Fərid İbrahimli deyir:

Təsəvvür eləsək, lap başda, x-də gedən adam başlanğıcdadırsa, y-da gedən isə desək ki, origindan d qədər uzaqlıqdadır ( saniyədir vahid), və ikisi də bir birinə nisbətdə dayanıbsa, onda bunlar üçün vaxt eyni keçəcək, və bir nov düzbucaqlı yaranacaq,

Sən \(x\) və \(y\)-i 2 ölçülü zaman koordinatları götürürsənsə, müxtəlif koordinatlarda hərəkət edən iki müşahidəçi bir birinə nəzərən hərəkətsiz qala bilməz axı. Yoxsa mən düz anlamadım?

Share this post


Link to post
Share on other sites

Fərid təsəvvür eləmək bir az qəlizdir, amma yazdığın düsturla hərəkət edəcək. Qrafik kimi çəksən bir növ koordinat müstəvisində üçbucaq yaranacaq. Amma istiqamətləri qarışdırmamaq lazımdır. Analoji sual belə olar: İki adam olsun, normal birölçülü zamanda x  y fəza koordinatı olsun, adamlardan biri başlanğıcda, digəri d qədər (metr) aralıda olsun.  Yəni, birinci adam üçün \(\left ( x, y \right) = \left ( 0, 0 \right)\), ikinci adam üçün \(\left ( 0, d \right)\) olacaq. Müəyyən an sonra ikisi də \(t\) (metr) qədər irəli hərəkət etsin. İkisinin də sürətləri eyni olmasına baxmayaraq, bir-birilərinə görə sürətləri daha artıq olacaq. Ümid edirəm təsəvvür elədin. Bunu zaman ölçülərinə tətbiq etsək eyni nəticə almalıyıq. 

Share this post


Link to post
Share on other sites
2/22/2017 radəsində 13:01 radəsində, Valeh Fərzəliyev deyir:

Müəyyən an sonra ikisi də \(t\) (metr) qədər irəli hərəkət etsin. İkisinin də sürətləri eyni olmasına baxmayaraq, bir-birilərinə görə sürətləri daha artıq olacaq.

@Valeh Fərzəliyev, iki obyekt koordinat başlanğıcına nəzərən eyni istiqamətdə eyni sürətlə hərəkət edirlərsə, bir-birlərinə nəzərən necə müxtəlif sürətdə hərəkət edə bilərlər?

Share this post


Link to post
Share on other sites
2/22/2017 radəsində 02:08 radəsində, Valeh Fərzəliyev deyir:

Zaman iki ölçülü olsaydı necə olardı? Çox maraqlı sualdır. Adi həyatda zaman bir ölçülüdür və biz yalnız qabağa və müəyyən mənada geriyə gedə bilirik. İkinci ölçü eyni zaman anında başqa istiqamətə yönəlmək deməkdir. Yəni, zaman durarkən başqa zaman parametrinə görə hərəkət etmək. Absurd səslənir. Bu 2 zaman ölçüsünün 3 ölçülü fəza ilə necə birləşəcəyi də maraqlıdır. Təsəvvür et, 1ci istiqamətdə zaman və bütöv fəzanın donduğu anda başqa zamana görə hərəkət edirsən. Bu bir növ, kinoya kənardan baxmaq, və yarıda saxlamaq kimidir. Yəni, belə bir 2ci ölçü dünyanı, hətta kainatı kənardan izləməyə yetər. 

Zaman iki ölçülü olsaydı necə olardı?
Heç olubdurmu ki, nə vaxtsa dəyəsiniz, kaş ki, filan iş elə olmazdı, belə olardı. Təsəvvür edin, düz istiqamətdə gedirsiz, sonra sağa dönürsüz, indi təsəvvür edin həmin anda sola dönsəydiniz hadisələrin gedişatı necə olardı? Bax bu halda artıq zaman bir ox üzrə yox, sizin sağa döndüyünüz andan sonra ikinci ox üzrə axacaq. Bax beləcə zamanın hər bir \(t_1\) oxuna \(t_2\) oxu əlavə olunur və tam bir müstəvi yaranır.

Share this post


Link to post
Share on other sites

Boyut haqqında belə bi şey deyim.

Biz nöqtəni sıfır ölçülü kimi qəbul edirik.Bir ölçülü deyəndə düzxətti başa düşməy olar.Həndəsədəndə məlumduki düz xətt sonsuz sayda nöqtələrin bir istiqamətdə yerləşməsidir.

İki ölçülü deyəndə sahəyə malik fiqurlar başa düşülür.buda sonsoz sayda düzxəttin yerləşdiyi yerdi.

Üç ölçülüdə yəni həcmi fiqurlar sonsuz sayda sahələrin birləşməsindən əmələ gəlir.

Qısacası 1 ölçülü sonsuz sayda sıfırın,2 ölçülü sonsuz sayda 1 ölçülünün,3 ölçülüdə sonsuz sayda 2 ölçülünün birləşməsindən əmələ gəlir.Bu məntiqlə baxsaq 4 ölçülüdə sonsuz sayda 3 ölçülünün birləşməsidir.

3 ölçülüyə qədər həyat canlanma yalnız 3 ölçülü boyutda var.Həmçinin zamanda.Biz zamanı hərəkətlə əlaqələndiririk.Biraz mövzudan bəlkə uzaqlaşacam ama macromedia flash programı var.xırda animasyonlar hazırlamaq üçün.program animasyonu coxlu şəkillərin ardıcıl dəyişməsi nəticəsində hazırlayır.ya da çoxlu kağıza cəkilmiş şəkillərin sürətli fırlanması kimi.Bu məntiqlə bütün 3 ölçülü cisimlər sonsuz sayda 2 ölçülülərdən ibarətdisə deməli bizim hərəkətimizdə sonsuz şəkillərin çevrilməsinə bənzər bi şəkildə olur.və biz bu şəkillərin dəyişmə anlarına zaman deyirik.

nəticədə boyut artıqca anlayışlarda mürəkkəbləşir.məsələn zaman bizim ölçüdə var ama bi boyut olaraq deyil sadəcə ikili ölçülərin dəyişməsi ilə əlaqədar bi anlayışdı.3dən 4ə keçdikdə zamanın bi boyut olması qəbul oluna bilər

(mənim sıfırla ve sonsuzluqla ciddi problemlərim var.bi sayı bi rəqəm bi ədəd kimi qəbul eliyib hesabata alınmasını anlıya bilmirəm.buna görə sonsuz sayda sıfırdan 1 ölçülü boyutun əmələ gəlməsi biraz utopikdi mənçün.ama yenədə yuxarda yazdıqlarım bi cəhətdən məntiqli gəlir.Məncə sıfır və sonsuzluq bilinməyincə 4 ölçülü fəza bizim üçün həmişə qaranlıq olacaq.)

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×