Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

Müqavimətin naqildəki elektronların hərəkət zamanı ion/atomlarla toqquşaraq enerji itirməsindən əmələ gəldiyini bilirik. Bəs ifrat keçiricilikdə bu mexanizm necə olur? Elektronlar necə olur ki, atomlarla toqquşma ehtimalını necə sıfıra endirir?

Share this post


Link to post
Share on other sites

Burada bir şeyə diqqət yetirmək lazımdır. Mütləq keçiricilik ilə ifrat keçiriciliyi qarışdırmaq olmaz.
 

  • Mütləq keçiricilik klassik fizika terminidir. Elektrik sxemləri çəkərkən birləşdirici naqillərdə ayrılan enerjini nəzərə almamaq üçün onları mütləq keçirici hesab edirik. Deməli, mütləq keçiricilərdə müqavimət və ayrılan istilik enerjisi olmur. 
  • İfrat keçiricilik kvant fizikasına aid termindir. Burada, müqavimətin sıfır olmasından əlavə, həmin materiallarda Meissner effektini müşahidə etmək də şərtdir. Meissner effekti xarici maqnit sahəsi ilə materialın daxilindəki maqnit sahəsini itirməkdir 

İfrat keçiricilik klassik keçiricilikdən fərqlənir. Burada cərəyanı individual elektronlar deyil, Kuper cütlərindən təşkil olunmuş ifrat maye daşıyır. Kuper cütündə 2 elektron olur. Bu ifrat maye hədəf materialın atomlarından təşkil olunmuş şəbəkə üzərində enerji itirmədən axır. Enerji itirməməsinə səbəb ifrat mayelərin kvant xassəsidir. Başqa sözlə, axarkən enerji itirməyən mayelər ifrataxıcı mayelər, yəni ifrat mayelər adlanır. 

Kuper cütündə iki elektron arasında fonon alış-verişi ilə çəkici qüvvə yaranır. Bu cütün kvant xarakteristikasına əsasən müəyyən \(\Delta E\) enerji lazımdır ki, bu ifrat maye həyəcanlansın. Əgər aşağıdakı şərt ödənərsə ifrat maye şəbəkə üzərində səpilməyəcək. Səpilmənin olmaması bizə görə ifrat keçiricilikdir

$$\Delta E \geq kT$$

Burada, \(k\) Bolsman sabitidir. Sağ tərəfdəki ifadə şəbəkə atomlarının kinetik enerjisidir. 

Səpilmə hərəkət edən cismin kənar təsirlərə görə trayektoriyasını və ya hərəkət xassələrini dəyişməsidir. Məsələn, işığın ağır cisim tərəfindən cəzb olunması (gravitational bending of light). 

Ümid edirəm, biraz aydın oldu.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Maraqlı cavab oldu. Burada bir məsələlər qaranlıq qaldı:

1. Cərəyan burada da yüklü zərrəciklərin(Kuper cütlərinin) naqil boyunca istiqamətlənmiş hərəkətinin nəticəsidir?

2. Həyəcanlanma nəyə gətirib çıxarır? Bu elektrinlar arasındakı cəzbetmə qüvvəsinin kompensasiyasına?

3. 2 elektron arasında cəzbetmə qüvvə necə yaranır?

Share this post


Link to post
Share on other sites

Bu cütlük bir az qəribədir. Əslində Kuper cütü olan iki elektron bir-birindən bir neçə nanometr aralı ola bilər. Yəni, bu birbaşa əlaqə deyil. Klassik dildə, bir elektronun keçirici maddənin atom şəbəkəsi üzərindən digər elektronla arasındakı əlaqədir. Birinci elektron bu şəbəkənin atomlarından müsbət ionları cəzb edir, və şəbəkənin halını dəyişir. Bu hal dəyişməsi cərəyanın digər elektronuna da təsir edir. Beləcə, iki elektron arasında əlaqə yaranır. Kvant mexanikasına əsasən bu qüvvə şəbəkə üzərində "sıçrayan" fononlar üzərindən ötürülür. Cərəyan yenə də yükün yer dəyişməsidir. 

Həyəcanlanma sözügedən ifrat mayenin ifratlığını yaradır. Yuxarıda qeyd etdiyim şərt olmasa bu maye şəbəkə üzərində çoxlu maneələrə ilişər. Bir növ klassik müqavimət yaranar. 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×