Jump to content
Elmxana
  • Qeydiyyat

Recommended Posts

dalğalara(mexaniki, elektromaqnetik) süni intellekt tətbiq etmək sizcə nə dərəcədə mümkündür? Hansı tip dalğalara tətbiq edə bilmək nisbətən daha realdır? Əgər tətbiq edilsə hansı böyük avantajlar əldə ediləcəyi ağlınıza gəlir?

Share this post


Link to post
Share on other sites

Necə bir təsadüfdürsə, 2 gündür mən də elektromaqnit rəqslərinin süni intellektə tətbiqini düşünürəm.) Düşüncələrimdən gəldiyim nəticə: elektromaqnit ossilyatorlardan ibarət şəbəkə qurulsa bəlkə də çox bəsit formada beyinin neyron dövrələrini imitasiya etmək olar. Amma ki, bu çox amma çox səmərəsiz görünür.

Share this post


Link to post
Share on other sites

Çox qəribə sualdır. Mənə elə gəlir, texnologiyanın elə bir dövrü olacaq ki, bu dediklərin real olsun. İlk öncə, bunu nəzərə almaq lazımdır ki, süni intellekt deyildikdə yalnız robotlar vəya insanla danışan proqramlar nəzərdə tutulmamalıdır. Süni intellekt insan zehninin gördüyü işlərdə insanlara kömək edəcək alət kimi fikirləşilməlidir. Yəni, kalkiyator da bir növ süni intellektdir. Lakin, köhnə hesablamalardan öyrənən kalkulyator daha ağıllı sayılır.

Dalğalardan istifadə etmək yalnız dalğanın özü ilə deyil, onun xassələri ilə də mümkündür. Məsələn, qravitasiya dalğalarını artıq ölçmək mümkündür. Elə bir texnologiya ola bilər ki, bu hə bu dalğalar keçdikcə onun məlumatlarını hesablayıb, tez bir şəkildə dalğa mənbəyinin fiziki xassələrini bildirsin və köhnə məlumatlara əsasən mövcud kainatın vəziyyətini yeniləsin. Yəni, harda nə var xəritəyə əlavə eləsin. Fərz et ki, bu xəritəni dolaşmaq üçün virtual proqramlar var. Məncə, əyləncəli və öyrədici olardı.

Başqa bir nümunə, səs dalğalarını analiz edən süni intellekt düşün. Hər gələn dalğanı bir-birindən ayırd edib, onu təqlid edə bilən proqramlar yazmaq olar. Məncə bu daha realdır. Seysmik dalğalara tətbiq edib zəlzələləri öncədən təyin etmək mümkün ola bilər, bəlkə də belə proyekt mövcuddur.

Share this post


Link to post
Share on other sites
İndicə, Valeh Fərzəliyev deyir:

Süni intellekt insan zehninin gördüyü işlərdə insanlara kömək edəcək alət kimi fikirləşilməlidir. Yəni, kalkiyator da bir növ süni intellektdir.

@Valeh Fərzəliyev, bildiyim qədərilə süni intellekt dedikdə əmrləri yerinə yetirən hesablayıcılar yox, özü ətrafı analiz edib adekvat cavab verən mexanizmalar nəzərdə tutulur. Bir növ şüurun süni versiyası kimi. Buna görə də fikrimcə kompüter, kalkulyator süni intellekt hesab oluna bilməz.

Share this post


Link to post
Share on other sites

Belə baxanda insan beyninin şüurunu təşkil edən şey elektromaqnit dalğalarıdır. Beyin cisim olaraq deyil, elektromaqnit dalğalarının mövcudluğuna görə şüur qazanır. Neyronlar bir-biri ilə impulslar, yəni dəyişən elektrik cərəyanları ilə əlaqə yaradır. Bu cərəyanlar bir toplu olaraq ortaya şüuru çıxarır.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×