Jump to content
Elmxana
  • Qeydiyyat
Qasimov İlkin

Antibiotiklər insan üçün faydalıdır yoxsa zərərli?

Recommended Posts

Dünyada hərkəs antibiotikdən istifadə edir.Söhbət kimyəvi antibiotiklərdən gedir.Oxuduqlarıma görə antibiotik əslində çox zərərlidir.Amma bunu hərkəs bilmir.Məlumatı olan yoldaşlardan xaiş edirəm bu mövzu haqqında geniş bir məlumat verəsiniz.Məncə günümüzdə ən vacib müzakirə ediləsi mövzulardan biridir.

Təşəkkürlər.

Share this post


Link to post
Share on other sites

Antibiotik nə zaman istifadə olunmalıdır?

Antibiotiklər, bakteriya öldürücü(bacterisidal) və ya bakteriyanın inkişafını saxlayıcı(bakteriostatic) təsir göstərən dərman vasitələridir. Müəyyən növ bakteriyalar (heterotrof parazit) var ki, onlar insan orqanizminə düşdükdə xəstəlik törədirlər. Bu cür xəstəlikləri aradan qaldırmağın ən düzgün və ən effektiv yolu, orqanizmdəki xəstəlik törədən bakteriyanı öldürməkdir. Bu məqamda xəstənin antibiotik qəbul etməsi mütləqdir. Antibiotik müalicəsinin vaxtında aparılmaması xəstənin ölümünə belə gətirə bilər. Bakteriya ilə əlaqəli olmayan xəstəliklərdə isə antibiotikin heç bir faydası yoxdur, əksinə, ziyanı var! Həkim məsləhəti olmadan antibiotik istifadəsi ciddi problemlərə gətirib çıxara bilər! Səbəbləri aşağıda:

 

Antibiotikin zərərləri

Amma bütün bakteriyalar xəstəlik törədici deyil. Hətta bəzi bakteriyalar(Escherichia coli) insan orqanizminin normal fəaliyyəti üçün zəruridir. Antibiotiklər, xəstəlik törədici bakteriyalarla yanaşı bu bakteriyalara da öldürücü təsir göstərdiyi üçün, uzun müddətli, nəzarətsiz antibiotik qəbulu disbakterioz adlı fəsad yaradır. Nəticədə həzm sistemində ciddi problemlər ortaya çıxır və qidalı maddələrin bağırsaqdan qana sorulması prosesi pozulur.

Korkoranə antibiotik istifadəsinin ən böyük fəsadlarından biri də bakteriyalarda yaranan rezistentlikdir. Bakteriyalar 20-30 dəqiqədən bir bölünmə funksiyasına sahibdirlər və bölünmələr davam etdikcə hər yeni nəsildə, bir öncəkindən daha üstün xüsusiyyətlərə malik bir neçə yeni hüceyrə yaranır. Antibiotik təsirinə məruz qalan zaman adi hüceyrələr dərmanın təsiri ilə məhv olur, üstün xüsusiyyətli olanlar isə sağ qalır və sonrakı nəsillərdə bu növlər dominantlıq etməyə başlayır. Nəticədə nə olur? Antibiotik təsirindən ölməyən yeni nəsil formalaşır. Halbuki adi növlərin olduğu təqdirdə bu növlər hegemonluğu əlinə ala bilməyəcəkdi. Bu səbəbdən, gərəksiz yerə antibiotik istifadəsi, bakteriyalarla mübarizəyə çox ciddi zərər vurur və getdikcə hər yeni kəşf olunan antibiotik öz təsirini itirir və yeni antibiotik növünə ehtiyac yaranır. Penissilin ilk kəşf olunduğu zaman, bir çox bakteriyanı məhv etmək üçün bir nömrəli vasitə idi. Bu maddənin illər ərzində korkoranə istifadəsi, onu hazırda demək olar ki, faydasız bir preparata çevirib.

  • Like 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×