Jump to content
Elmxana
  • Qeydiyyat

Kamran Kərim

Moderator
  • Məzmun sayı

    35
  • Qatılıb

  • Son giriş

  • Qalib olduğu günlərin sayı

    3

Kamran Kərim last won the day on Mart 1 2017

Kamran Kərim had the most liked content!

Şəbəkədəki Reputasiya

8 Neytral

Kamran Kərim haqqında

  • Titul
    Buralı

Recent Profile Visitors

295 profile views
  1. m-nitobenzoat və p-nitrobenzoat turşusu kimi izomerlər ən optimal formada bir birindən necə ayırmaq olar?
  2. Kamran Kərim

    Reaksiya sürəti və tarazlıq düsturları

    Çox sağolun cavablara görə
  3. Kamran Kərim

    Karbohidrat tükətimi

    Qlükozadan oksigenə elektron daşınması onun yanmağı mənasına gəlmir. Balaş demiş, oksigenlə gedən hər reaksiya yanma deyil. İşıq ayrılmır ən azından. Bir də ki, hansı yanma reaksiyası 10+ ara maddənin əmələ gəlməsi və enzimlərin iştirakı ilə gedir? Ümumiyyətlə bu qədər ara maddənin və enzimin iştirak etdiyi bir proses yanma prosesi sayıla bilər ki?
  4. Kamran Kərim

    Karbohidrat tükətimi

    Hüceyrədə glükoza oksigenlə yanmır, heç ümumiyyətnən qlükozanın oksigenlə birbaşa reaksiyası da olmur. Oksigen sadəcə olaraq Elektron Daşıma Zincirinin axırıncı elektron qəbul edicisi funksiyasını daşıyır, qəbul etdikdən sonra da mühitdən hidrogen ionu alıb suya çevrilir. Proses zamanı istilik ayrıldığı barəsində heç bir fikrim yoxdu(ATF hidrolizində ayrılan istilik xaric). Əgər ayrılırsa da bunun "qlükozanın oksigenlə yanması" ilə əlaqəsi yoxdu. Bütün hüceyrədaxili aerob tənəffüs maddələri elektron daşıma zincirində sonlanır, ki əgər oksigenin burda istifadəsi istilik ayrılmasına səbəb olursa yağlar, aminoasitlər də istilik ayrılmasına səbəb olur. Qısacası, hüceyrədaxili tənəffüs də qlükoza oksigenlə yanmır, oksigen sadəcə axırıncı elektron qəbul edicisi rolunu daşıyır.
  5. Kamran Kərim

    İcadlar

    1. Yazı 2. 3.
  6. Kamran Kərim

    Karbohidrat tükətimi

    Yanma oksigenlə yanma reaksiyası dediyin şey kimyəvi yanmadı yoxsa "bioloji"?
  7. Kamran Kərim

    Sinir sistemində regenerasiya

    Şvan hüceyrələrinin iştirakı ilə periferal sinir sistemində regenerasiya baş verə bilir axı
  8. Neyron boyunca impuls konduksiyası stimulə olmuş kanalların həmin bölgənin membran potensialını dəyişərkən içəri axan natrium ionlarının diffuziya edərək soma >> akson yönündə yanaşı kanalları stimulə etməsi ilə baş verir. Fəqət nəzərə alsaq ki impulsun hərəkət sürəti 1-100 metr/saniyədir, ağlımda belə bir sual yaranır ki, sadəcə aksondaxili diffuziya ilə bu qədər sürətli keçiricilik necə mümkündür.
  9. Kamran Kərim

    Sinir sistemində regenerasiya

    Periferal sinir sistemində regenerasiyanı detaylı bir şəkildə izah edə bilərsiz?
  10. Kamran Kərim

    Karbohidrat tükətimi

    Tez tez karbohidrat qidaların zərərli olduğunu eşidirəm. Razılaşmıram düzü, amma yenə də, karbohidrat utilizasiyasının hüceyrəni aşındırması mümkündür, və ya hər hansı bir zərəri var?
  11. reaksiya sürəti və kimyəvi tarazlıq düsturları hardan çıxır? sadə düz məntiq olaraq ortaya qoyulmuş bir şeydi yoxsa praktikada özünü əks etdirir?
  12. Sadalayacağım kitablar ingiliscədir, tərcümələrinin mövcudluğu haqqında heç bir fikrim yoxdur. Bir ara hamısının kontentini qiyaslamışam, çünki özümə də lazım idi. PDF formatının əldə edilməsində yardım edə bilərəm 1) Oxuması rahat, axıcı, gözəl hüceyrə biologiyası bazası yarada biləcək bir kitab kimi Gerald Karp Cell Biology kitabını məsləhət görürəm, özüm də istifadə edirəm. Lodish Molecular Biology də çox yararlıdı bu mənada, rahat kitabdı. 2) Əgər daha dərin və yüksək bir teorik baza axtarışındasınızsa Alberts Molecular Biology of the Cell kitabı məsləhətlidi. 3) Əgər oxuduğunuz şeyin ən son yeniliklər ilə daha iç içə olması sizin üçün birinci dərəcəli kriteriyadırsa, Brooker Genetic Analysis Principles kitabı var. Çox bahalı kitabdı. təbii ki oxuması Gerald Karp, Lodish kimi axıcı və rahat deyil, amma belə həddən çox ağır da deyil. 4) Əgər sizi hüceyrə biologiyasının xüsusilə Genetika/Molekulyar Genetika alt mövzusu maraqlandırırsa Lewins Genes kitabı məncə bir nömrəli seçimdi. axırıncı nəşri bilmirım hansıdı hal hazırda, mən keçən il Lewins Genes XI almışdım. Kitab ağırdı, teoriya bazası kimi mükəmməldi. Əgər həvəsiniz çoxdusa, teoriya bazanız elə də çox deyilsə, özünüzü bilgiyə ac hiss edərək daha ağır, dərin kitablar oxuyub məsələni kökündən həll etmək istiyirsizsə çox böyük ehtimal o cür alınmayacaq. Mən də sınamışam, amma oxuduqca görürsən ki dirənirsən, daha sadə bir şeylərdən başlamalısan. Sadə, rahat dediyim kitabları əskik dəyərləndirmək tamamilə yanlışdı, öyrənmək üçün, bir dərslik kimi çox əla kitablardı, hansı ki hamının yetərincə gözəl bir səviyyədə başlayacağı nöqtədirlər. Artıqlaması ilə yetərlidilər. Misalçün Brooker, Lewins kitabları bakalavr 3-4cü kurs səviyyəsi kitablardı.
  13. Kamran Kərim

    Distillə üsulu

    Fraksional distillasiyada refluks nədir və distillasiyanın verimliliyinə necə təsir göstərir?
  14. Kamran Kərim

    Sükunət potensialında polyarlıq

    Adətən daha müsbət və ya daha mənfi ifadələri istifadə olunur. Hüceyrə daxilində və xaricində olan mənfi və müsbət yüklü ionların yüklərini nəzərə almaq şərtilə(misalçün fosfat -3, sodium +1) ümumi qatılıqları müqayisə olunur. Amma iki tərəfin yükünü də dəqiqliklə hesablamaq mümkün deyil deyə nisbi ifadələr istifadə olunur.
  15. Kamran Kərim

    Sükunət potensialında polyarlıq

    İçərdə yüksək miqdarda fosfat ionları olur(məlum, ATF utilizasiyası zamanı əmələ gəlirlər). Bu mənfi yük hüceyrə xaricindən müsbət yükü cəlb edir. Sükunət potensialında isə hüceyrə membranı demək olar ki sadəcə olaraq K+ ionlarına keçiricidir. K+ ionları elektrik qradienti üzrə hərəkət edir, halbuki konsentrasiya qradienti yarandığına görə bu hərəkət limitlənir. Nəticə olaraq hərəkət etmiş K+ ionları hüceyrə daxilinin elektrik yükünü müsbət və ya neytral etməyə yetmir. Həmçinin bu da var ki, hüceyrə daxili və xarici polyarlıq da müəyyən qədər nisbidir.
×