Jump to content
Elmxana
  • Qeydiyyat

Fərid İbrahimli

Moderator
  • Məzmun sayı

    26
  • Qatılıb

  • Son giriş

  • Qalib olduğu günlərin sayı

    2

Fərid İbrahimli last won the day on İyun 24

Fərid İbrahimli had the most liked content!

Şəbəkədəki Reputasiya

2 Neytral

1 İzləyici

Fərid İbrahimli haqqında

  • Titul
    Sakin

Şəxsi Məlumatlar

  • Ad və Soyad
    Farid Ibrahimov

Recent Profile Visitors

The recent visitors block is disabled and is not being shown to other users.

Enable
  1. Fərid İbrahimli

    Hansı elmi kitabları məsləhət görürsünüz?

    Brian Greene-in qəşəng kitabları var. Fizika sahəsində bunu məsləhət bilə bilərəm. Bir də ki, The Science of İnterstellar da qəşəng izah eləyir.
  2. Fərid İbrahimli

    O Mütləq isti

    Uşaqlar, deməli bu yaxınlarda belə bir məqalə qabağıma çıxdı ki, mütləq isti də ola bilər. 1.417×1032 kelvin səviyyəsində olduğu düşünülür. Sizcə, mütləq isti də mütləq soyuq kimi mümkünsüzdür, yoxsa mümkündür sizcə? Böyük partlayışın temperaturudurmu? Yoxsa, elə bir limit yoxdur, varsa da bu deyil bəlkə (sürət üçün limitin olması kimi, əvvəl sərhədin olmaması düşünülürdü, sonra işıq sürətinin mütləq olması aydınlaşdı)? Hər şey o səviyyəyəcən xəttimi qalxır?
  3. Fərid İbrahimli

    H Çoxlu kainat modeli

    Multiverse-i izah eləmək üçün mən çoxluqlardan istifadə eləyirəm. Belə bir şey. Natural ədədlər çoxluğu var və Tam ədədlər çoxluğu da var. Bilirik ki, bu iki çoxluğun elementlərinin sayı sonsuzdur. Amma, eyni zamanda da bilirik ki, natural ədədlər çoxluğu tam ədədlər çoxluğunun bir hissəsidir, yəni alt çoxluğudur. Bizim kainat da elə bir şeydir, sonsuz bir universe var, sonsuzdur, onun yanında başqa bir universe da var, o da sonsuzdur. Bunlar isə bir universedadırsa, o da sonsuzdur. Yəni, çoxlu sonsuz universelar var. Elə bir şey.
  4. Fərid İbrahimli

    O Kvant mexanikasi. Birölçülü potensial çüxur.

    Salam sheykhli, necəsən? Potensial çuxurda, baş verən şey odur ki, dalğa gələndə, potensialı "nüfuz eləyib" keçir. Yəni, bir növ bizim hansısa hasardan nüfuz eləməyimiz kimi bir şeydir. Parallel dünyalar mövzusunun bununla necə əlaqəsinin olması mənə də maraqlı gəldi Hardan deyildiyini öyrənə bilərəmmi? Ümid eləyirəm, sualı düzgün başa düşüb düzgün cavab vermişəm.
  5. Fərid İbrahimli

    H Ağ cırtdanlarda enerji mənbəyi

    Deyesen, fb-da cavab yaziblar, daha detalli, men de bir az internetden o yan bu yan baxdim. Qisa cavaba ustunluk verirem, Evvelki enerjisi qalib bir nov ichinde, o hele de yanir,amma get gede de sonur.
  6. Fərid İbrahimli

    H Ağ cırtdanlarda enerji mənbəyi

    Qısa cavab olaraq belə bir şey deyə bilərik ki, Ulduz partlayır, ətrafı səpələnir, supernova olur, supernovanın tozu ulduzlararası toz duman (interstellar medium) çevrilir, amma ulduzun nüvəsi qalır. Kobud dildə deyirik hardasa. İş daha kompleksdir. Bir növ, nüvəsi hələ də yanır orda. Deyə bilərik.
  7. Fərid İbrahimli

    H Kainatın sonu

    Salam BLaCkHoLe, necəsiniz? Suala görə çox sağ olun. Çox maraqlı və hər kəsin sevdiyi bir sualı soruşmusunuz. Bizim məkanı düşünmə və təsəvvür eləmə tərzimiz odur ki, bir otağa bənzətməyə çalışırıq. Yəni, müəyyən nöqtələrdən sonra biz sərhəddə yaxınlaşırıq. Buna əsasən, qədim insanlar dünyanı təsəvvür eləməyə çalışıblar, gördükləri ucsuz-bucaqsız torpaq və su sahələri, səma cisimləri və s.-dən ibarət olub. Gördükləri əsasında və təsəvvür qabiliyyətlərini birləşdikdə dünyanın düz versiyası ağla gəlir. Amma, əlbəttə ki səhv model olub. Diqqətli müşahidələr görülənlər əsasında Yerin kürə modelini və heliosentrik modelini ortaya qoyub. Bunu düşünmək insanlara bir neçə yüz il və bunu deyən alimlərin edamına səbəb olub (Galiley, Hypatia). İndi də edamları çıxsaq, eyni vəziyyətdir. İlk baxışda bizə elə gəlir ki,kainatın yekə, çox yekə kürədir. Hansı ki, daxilində çoxlu cisimlər hərəkət eləyir Amma, Alan Guth və digərlər daha fərqli görüş gətirdi, tam görüş olmasa da, çox əla və nəfəskəsən bir ideadır. Böyük partlayış üçün Ani Şişmə nəzəriyyəsi (təsdiqlənmiş ideadır). Bu o deməkdir ki, kainat böyük partlayış zamanı balaca bir isti top olubsamı bilinmir, sadəcə kainat orda idi, birdən birə hər şey aralanmağa başladı. (qohumların bir-birindən küsməsi kimi bir şey, sülhdə olan qohumlar yoxdur, o dərəcədə). Və hər şey də aralanmağa davam eləyir, sürətlə, təcillə, artan təcillə özü də. Məhşur şarla müqayisə var, şara üfürürük, şarın üzərindəki nöqtələrin bir birlərindən aralanmasını görəcəyik. Bu hardasa bizə nəticə verir ki, məkanın özü də sabit bir şey deyil. Məkan bildiyimiz məkan deyil. Məkanın müəyyən qəribə xasiyyətləri də ola bilər ki, bizim xəbərimiz yoxdur. (İnflation theory, nəzəriyyə daha çox başqa şeydən danışır, yəni əsas mövzu olaraq) Həm də ki, kainatda belə bir şey var. Müşahidə oluna bilinən kainat var bir də ki ordan o tərəfi var. Yəni, biz indi neyləyiriksə, müşahidə oluna bilən kainatda işimizi görürük. Nə zərrəcik tapırıqsa nə qalaktika nə ulduz tapırıqsa orda tapırıq. Ordan o tərəfə nə var, bilinmir? Müşahidə olunan kainatla eynidirmi? Gözləniləndir ki, eyni olsun, amma fərqli də ola bilər, çünki müşahidə eləməmişik nəticədə. Nə gözləməliyik tapanda, bizə indi heliosentrik model kimi bir idea lazımdır kainatı təsəvvür eləmək üçün. Nəzərə almalıyıq ki, kainat artan təcillə genişlənir, kainatdakı cisimləri nəzərə almalıyıq, zaman-məkanın özünün necə bir şey olmasını da bilməliyik və saysız digər şeyləri ki bilməliyik ki, sonra müşahidələrimizi dəqiqləşdirib kainatın necə bir formada olduğunu anlayaq. Ola bilər ki, bir növ nəsə divar var, ya da ki, bir növ təbəqə var ki, divar funksiyası daşıyır, bəlkə divarın o tərəfində nəsə var, bəlkə də divar yoxdu, nə varsa hələ budur, sadəcə nəsə bir döngü var. O bilinmir. Suala tam dəqiq cavab bu olardı ki, biz həmişə qısaca kainat dediyimiz müşahidə olunan kainatdan danışırıq. Həmin müşahidə olunan kainat isə sonsuzdur. Ordan o tərəfi isə sirrdir.
  8. Haaaaa, o mənada deyirmiş. Aydın oldu. Çox sağ ol Elnur.
  9. Fərid İbrahimli

    Biologiya haqqında ümumi bilgi

    Ey cahillər yığını. Necəsiniz? Mənə biologiya haqqında ümumi görüş verə biləcək elmi-kütləvi kitab məsləhət görə bilərsiniz? Biologiyada biologiyanın sahələrinin adlarından başqa heç nə bilmirəm. Cahilin qabaqda gedəniyəm.
  10. Xüsusi nisbiliyin ilkin 2 postulatı var : 1. Fizikanın qanunları bütün ətalət sistemlərində (inertial frame of references) eynidir. 2. İşığın vakuumdakı sürəti c-dir və bütün ətalət sistemlərində eynidir. Mənə maraqlı gələn o oldu ki, qeyri-ətalət sistemlərində fizikanın hansı qanunları eyni olmur?
  11. Fərid İbrahimli

    Alkanların izomerlərinin sayı

    Çox dəli ədədlərdir. Çox, Çox. Apparently, hesablanmış ədədlərdir. Amma, nə yolla hesablayıblarsa maraqlıdır. Orda diqqətimi çəkən stereoizomerlər var idi, onlar nəyi bildirir? 50-dən o tərəfə də hesablanmyıb.
  12. Fərid İbrahimli

    Alkanların izomerlərinin sayı

    Alkanların izomerlərinin sayını tapmaq üçün universal bir düstur varmı?
  13. Fərid İbrahimli

    Erkək və dişi cinslərinin yaranması

    Təkamüldə cinslər necə yaranıb və ilk erkək və dişi cinsi olan canlılar hansı olub?
  14. Fərid İbrahimli

    O 2 ölçülü zaman

    Elnur, 3 saat yarım buna baxmısan? Həvəs deyərəm səninkinə. Halaldır. Amma, James Lucietti dayı müşahidə olunduğu fason bir şey deyirdi. Yəni, araşdırma sahəsi qara dəliklərdə yüksək ölçülər idi. Yəni, hardasa mümkünatı olan bir şeydir. Çox çox çox maraqlı olar eee. Sən dediyin kimi, bir ölçüdə gedəndə, yalnız uzaqlaşan tərzdə nəsə bir şey görərsən. Amma tam da deyil. Çünki, biz özümüz də hərəkət eləyirik. Təsəvvür eləsək, lap başda, \(x\)-də gedən adam başlanğıcdadırsa, \(y\)-da gedən isə desək ki, origindan \(d\) qədər uzaqlıqdadır (saniyədir vahid), və ikisi də bir birinə nisbətdə dayanıbsa, onda bunlar üçün vaxt eyni keçəcək, və bir növ düzbucaqlı yaranacaq, tutaq ki, \(t\) qədər sonra, \(y\)-dakı \(d+t\), \(x\)-dakı isə, \(t\) qəqər uzaqlıqda olacaq, amma \(x\)-dakı görəcək ki, \(y\)-dakı bundan, bu qədər uzaqlıqda olacaq: $$\sqrt{(d+t)^{2}+t^{2}}$$ yəni, daha da sürətlə uzaqlaşacaq, baxmayaraq ki, stationarydri. Valeh və Elnurbeynim qızdı. Siz nə deyirsiniz? \(x\)-dakı \(y\)-dakını necə görəcək????? Əgər stationarydirsa, vaxt fərqləri necə arta bilər və s?
  15. Fərid İbrahimli

    O 2 ölçülü zaman

    Uşaqlar, biz bilirik ki, kainatda 4 ölçü geniş yayılıb, 3-ü məkan 1-i zaman olmaqla. BU yaxınlarda bir müəllimlə danışdım, onun araşdırma sahəsi yüksək ölçülü fəzadır. Yəni, 5, 6 və s. ölçülü. Bu barədə ondan soruşan kimi bir şey elədim. Müəyyən mənada müsbət cavabladı. Yəni, hardasa mümkün bir şeydir. Sualdan çox, sizcə kainat necə olardı, əgər hər tərəfdə 2 ölçülü zaman olsaydı? Time-travel mümkün olardımı? İnsan həyatı necə dəyişərdi? Və nəyə görə, 2 ölçülü zamanın yerinə yalnız 1 ölçüdür? Sizcə
×