Jump to content
Elmxana
  • Qeydiyyat

Elnur Hacıyev

Moderator
  • Məzmun sayı

    254
  • Qatılıb

  • Son giriş

  • Qalib olduğu günlərin sayı

    6

Elnur Hacıyev last won the day on May 21

Elnur Hacıyev had the most liked content!

Şəbəkədəki Reputasiya

7 Neytral

2 İzləyici

Elnur Hacıyev haqqında

  • Titul
    Buralı

Şəxsi Məlumatlar

  • Ad və Soyad
    Elnur Hacıyev

Recent Profile Visitors

The recent visitors block is disabled and is not being shown to other users.

Enable
  1. Salam. https://elmxana.com saytını paylaşanda önbaxış hissədə həmişə mənim profil şəklim düşür. Burada düşən şəkli haradan seçə bilərəm ki, həmişə seçdiyim şəkil düşsün?
  2. Elnur Hacıyev

    Sıfıra bölmək nədir?

    Bu tənliyi kvadrat tənlik kimi götürəndə sadəcə cavabın konkretliyi kölgələnir, amma riyazi konseptdə ziddiyyət yaranmır. $$ax^2 + bx + c =0 \quad a = 0$$ $$D=b^2 - 0 = b^2$$ $$x=\frac{-b+|b|}{0}=\frac{0}{0}$$ $$x \in (-\infty, \infty)$$ Xətti tənlik şəklində həll etdikdə sonsuz sayda ehtimallar içərisindən bir ehtimalı tapmış oluruq. Ümumiyyətlə, sonsuzluq, 0-a bölmə daxil olan ifadələr qeyri-dəqiq nəticələrə gətirib çıxarır, ona görə də çox vaxt bu əməlləri, cəbrin konkretliyi çərçivəsində müzakirə eləmirlər, deyirlər ki, bu məsələnin həlli yoxdur. P.S. Forumda riyazi ifadələrin yazılış qaydaları üçün İstifadə Qaydalarına baxa bilərsən. Riyaziyyaytdan müzakirə edəcəyim birinin olması maraqlı olar, növbəti postlarda bu qaydaları lazım ola bilər.
  3. Elnur Hacıyev

    Sıfıra bölmək nədir?

    Bölmə əməli, ədədin digərindən neçə dəfə böyük olduğunu göstərir. Heç bir ədədi sıfıra bölmək olmur, çünki sıfırdan fərqli istənilən ədəd sıfırdan sonsuz dəfə böyükdür. Sıfıra bölməyin cavabı qeyri-müəyyən yox, bir növ sonsuzluqdur da demək olar: $$\frac{a}{0} = \infty , \quad a \neq 0$$ Əsl qeyri-müəyyənlik, $$\frac{0}{0}$$ ifadəsindədir, hansı ki, istənilən(sonsuz sayda) ədəd bu şərti ödəyə bilər.
  4. Kvant kompüterlərlə bağlı çox ciddi yenilik var. Avstraliyanın Yeni Cənubi Uels Universitetindəki tədqiqatçılar yeni kvant kompüter modeli kəşf ediblər. Nəhayət, ilk dəfə adi kompüter çipləri kimi, kvant kompüterləri də silisium çipləri üzərində hazırlanıb massiv istehsal oluna biləcəklər. İndiyə qədər kvant kompüterinin işləməsi üçün atom ölçüsündə dəqiqlik şərt idisə, yeni arxitektura ilə normal çiplərin strukturuna bənzər şəkildə kvant xüsusiyyətli çiplər istehsal oluna biləcək. Bu sahədə inqilabi bir yenilikdir. Modellə qısa şəkildə tanış olmaq üçün paylaşılan videoya baxa bilərsiniz. Youtbe-dan baxsanız Azərbaycan dilli altbaşlığı(CC) seçə bilərsiniz. Detallı məlumat üçünsə mətnin davamını oxuya bilərsiniz. Normal kompüter necə işləyir? Normal kompüterlər informasiyanı(rəng, yazı, şəkil, video və s.) kodlaşdırmaq üçün 0 və 1 komandalarından(bit) istifadə edirlər. Məsələn, elektron cihazda detektor hər saniyədən bir siqnalı qeyd edir(1Hz). Hər hansı saniyədə cərəyan gəlirsə, 1, cərəyan yoxdursa 0 qeyd edir. Qeydə alındıqca rəqəmləri bir-birinin yanına düzəndə 01110010 kimi rəqəm çıxır ortaya, bu da hansısa rəngə və ya hansısa yazıya uyğun gəlir. Beləcə prosessor elektrik siqnallarına görə hesablama aparıb ortaya şəkil və ya video çıxarır. Kvant kompüteri necə işləyir? Kvant fizikasını xüsusi edən prinsiplərdən biri də qeyri-müəyyənlik prinsipidir. Bu prinsipə görə elektron, proton və ya hansısa zərrəciyin xassəsi ölçülənə qədər mümkün olan bütün halların cəmi şəklindədir. Məsələn, elektronun nüvə ətrafındakı yerini ölçənə qədər, o orbitaldakı bütün nöqtələrdə eyni zamanda var. Kvant kompüterləri də bu xüsusiyyəti bitlərə tətbiq edərək yeni texnologiya vəd edir. Kvant biti, yəni kubit, ölçmə aparılana qədər həm 0, həm də 1 vəziyyətindədirlər. Normal kompüterlərə 0 və 1 vəziyyətini elektrikin olması və olmaması ilə başa sala biliriksə, kvant kompüterlərdə kubiti, elektronun(məsələn) hansısa qeyri-müəyyən xassəsi ilə əlaqələndiririk. Kvant kompüterləri nəyə lazımdır? Normal kompüterin edə bilmədiyi nələri kvant kompüteri ilə etmək mümkündür? Məsələn, elə elektronun özünün hərəkətini hesablamağı deyə bilərik. Kvant fizikasına görə elektronun nə vaxt hansı vəziyyətdə olacağı qeyri-müəyyən olduğu üçün daha dəqiq hesablamanı məhz bu prinsiplə hesablama aparan kvant kompüterində əldə edə bilərik. Beləcə mikrozərrəciklərin, gələcəkdə ola bilsin, makroaləmdəki hadisələrin gələcəkdə hansı nəticələr verə biləcəyi bu kompüterlər tərəfindən dəqiqliyinə qədər hesablana bilsin. Kvant kompüterlərindəki çətinlik nədədir? Normal kompüterlərdə bitin nə olduğunu (0 və ya 1) elektriki keçirib-keçirməməyi qərarlaşdıran tranzistorlar təyin edirsə, kvant kompüterlərində spin xüsusiyyəti qeyri-müəyyən olan elektronlar kubiti təyin edir. Bu elektronların spini hansı ehtimalla yuxarıdırsa, kubit də o ehtimalla 1, hansı ehtimalla aşağıdırsa, o ehtimalla da 0 vəziyyətində ola bilər. Sənaye səviyyəsində nanometr ölçüsündə transiztorlar istehsal edə bilirik. Amma elektronlar daha kiçikdir və onları tək-tək, inci kimi bir-birinin ardınca düzüb kompüter istehsal etmək çox müşküldür. Tranzistorları elektriklə idarə edə bilirik, elektronların spini ilə oynamaq üçünsə daha çətin olan maqnit sahəsi ilə işləməliyik. Kvant kompüterlərinin önəmi kubitlərin qeyri-müəyyənlik xassəsindədir. Zərrəciklər bir-birindən bir az yaxın və ya uzaq olsalar, qeyri-müəyyənlik pozulduğuna görə informasiya itir. Ona görə iri ölçüdə milyonlarla kubitdən ibarət sistemdə informasiyanın saxlanması üçün hədsiz dəqiq istehsal texnikası olmalıdır. Bu gün 4 kubitli kiçik kvant kompüterləri istehsal edə bilirik. Amma böyük potensiallı kvant kompüteri üçün, kubitlərin hamısı bir-birilə əlaqə yarada biləcək qədər çox yaxın məsafədə və dəqiqliklə yerləşdirilməlidir. Yenilik nədir? İndiyə qədər böyük ölçüdə kvant kompüterləri istehsal etməyə ən böyük maneə, kubitlərin saxlanılmasının və idarə olunmasının hədsiz çətin olması idi. Nəzəriyyəsi əladır, amma praktikada istənilən kimi tətbiq etmək imkanı yoxdur. Yeni kəşf olunan model isə kvant kompüterləri üçün radikal bir yenilik hesab olunacaq səviyyədədir. Burada kubitləri, silisium lövhəyə yerləşdirilmiş fosfor atomları təmsil edir. Yenilik ondan ibarətdir ki, bir kubit bir zərrəciyin kvant xassəsi ilə yox, iki zərrəciyin(elektron və fosfor nüvəsi) kvant xassələrinin kombinasiyası ilə kodlaşdırılır. Bu modeldə elektronun spininin yuxarı, nüvənin spininin aşağı olması, kubitin 1 olması, əksinə vəziyyət isə 0 olması anlamına gəlir, təbii ki, qeyri-müəyyən spin vəziyyətləri də uyğun şəkildə qeyri-müəyyən kubit deməkdir. Bu kombinasiyasını idarə etmək üçün kənardan elektrik sahəsi tətbiq etməklə elektronu nüvədən uzaqlaşdırmaq kifayət edir. Həmçinin, elektron nüvədən uzaqlaşdırılanda atom elektrik yükü qazandığı üçün elektrik sahəsi yaranır. Elektrik sahəsi isə xeyli aralı məsafələrə qədər təsir göstərərək kubitləri bir-birinə çox yaxın yerləşdirmə məcburiyyətindən bizi qurtarır. Nəticədə atomları kifayət qədər aralı məsafədə yerləşdirdiyimiz halda belə aralarında əlaqə saxlanıla bilir, bu isə sənaye miqyasında kvant çiplərinin istehsalını xeyli asanlaşdırır. Kubitlərə elektriklə təsir edə bilinməsi isə bu çiplərin standart elektron dövrələrə inteqrasiyası üçün tam lazım olan şəraiti yaradır.
  5. Aşağıdakı videoda Google Deep Mind tərəfindən inkişaf etdirilən süni intellektləri görürsünüz. Videoda gördüyünüz animasiyalar süni intellektin özü tərəfindən öyrənilərək emal olunub. Yəni Google-un Sİ yeriməyi öyrənə bilir. Öyrənmə prosesində uğursuzluqlar və səhvlərdən nəticə çıxarmaq kimi vacib faktor dayanır.
  6. Elnur Hacıyev

    Termodinamika və Statistik Fizika kitabı

    Salam, Sakin müəllim. Məlumata görə təşəkkür edirəm. Maraqlanacam.
  7. Elnur Hacıyev

    H Çoxlu kainat modeli

    Axı multiverse üçün sonsuz sayda kaintaın olması şərt deyil. Bizim kainatdan kənarda ən azı 1 kainat belə varsa bu kainatlar çoxluğuna multiverse demək olar məncə.
  8. Elnur Hacıyev

    H Hokinq radiasiyası

    Houkinq radiasiyası Qara dəliklərin ətrafa yaydığı şüalanmadır. Əslində ÜNN-ə görə Qara dəliklər maddəni udur və həmişəlik olaraq özündə saxlayır. Özündən heç bir maddə(enerji) yaymadığına görə Qara dəliyin kütləsi heç vaxt azalmır. Amma Kvant fizikasını proqnozlarına görə Qara dəliklərin hadisə üfüqlərində kosmosa sızan zərrəciklər olmalıdır. Bu sızma sayəsində Qara dəlik zamanla öz kütləsini itirir və nəticədə yox olur. Houkinq radiasiyası, bir növ qara dəliklərin qara cisim şüalanmasıdır.
  9. Elnur Hacıyev

    H Ağ cırtdanlarda enerji mənbəyi

    Yanmaq nədir ki?) Nüvə reaksiyası deyil? Sual da odur ki, nüvə reaksiyası dayandığına görə supernova olubsa sonrada bu yanma nədir?
  10. Günəş kimi ulduzların enerjisi tükəndikdə supernova vasitəsilə xarici qatı ətrafa səpələdikdən sonra daxili qatdan ibarət ağ cırtdan ulduzlar formalaşır. Bəs bu mərhələdən sonra ulduzun ağ işıq saçması necə baş verir? Yenə də nüvə reaksiyaları gedir?
  11. Elnur Hacıyev

    Çevrə üzrə bərabərsürətli hərəkət

    Qəşəng! Doğrudan da maraqlı idi.
  12. Elnur Hacıyev

    O Takyonlar

    @Valeh Fərzəliyev, xəyali kütləli zərrəciyin kütləsi necə ölçülür? Və məqalədə 2015-də bunun nəticəsinin bəlli olacağı yazılıb, cavab nə oldu?
  13. Elnur Hacıyev

    O Takyonlar

    Xüsusi nisbilik nəzəriyyəsinə görə işıqdan sürətli hərəkət edən hissəcik ola bilməz. Birmənalı şəkildə təbiət qanunlarına ziddir. Taxionlar da işıqdan sürətli hərəkət etdiyi güman olunan hipotetik zərrəciklərdir. Sadəcə hipotetik olaraq ortaya atılıb, mövcud olması üçün heç bir əsas yoxdur. Paralel kainatlar realdırsa o kainatlarda qanunların nə dərəcə fərqli olduğu da müəmmadır, ona görə taxionların mövcud olduğu kainatın olub-olmamasını demək çətindir.
  14. Elnur Hacıyev

    Hissələrlə inteqrallama

    @hvugar, riyazi analizdə kalkulusla bağlı mövzular olur, sizinlə razıyam ki, orta məktəbdən də elə analiz fənnində törəmə və inteqral öyrədilir bizdə. Amma ümumi anlamda riyazi analiz real və kompleks analiz hissələrindən ibarət olmaqla funksional analiz və cəbri teoremlər haqda elmdir. Saytda Riyazi Analiz və Topologiya ilə bağlı mövzular bir bölmə altında birləşdirilib. Bu mövzu açılan mövzu ilə uyğun deyil. Gərək sayt strukturu ilə bağlı müzakirələr üçün ayrıca kateqoriya açaq, orada bu cür təklifləri detallı diskussiya etmək olar.
  15. Elnur Hacıyev

    Hissələrlə inteqrallama

    Saytda Riyazi Analiz bölməsi ayrıca olaraq mövcuddur. Kalkulusla riyazi analiz başqa sahələrdir axı.
×